15:01 Cümə Axşamı, 20 Iyun 2019
SOSİAL

“Diqlas” bu tarixdə SÖKÜLƏCƏK

14:07, 20.05.20192216
“Diqlas” bu tarixdə SÖKÜLƏCƏK
Bakıda yanan "Diqlas" ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.
 
AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki,  bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.
 
Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı  bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: "Binanın söküntüsünə mayın 22-də başlanılacaq".
 
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
XƏBƏR LENTİ