21:24 çərşənbə Axşamı, 23 Iyul 2019
TOP4

Dırnaqlara gel-lak etdirmək dəri xərçəngi yaradır - Alimlərdən SOS

10:34, 29.06.20194729
Dırnaqlara gel-lak etdirmək dəri xərçəngi yaradır - Alimlərdən SOS
Hazırda manikur ustalarının bir nömrəli metodu olan və qadınların da bəyəndiyi gel lak tez quruması, dırnaqlarda çox qalması, praktikliyi, bir çox üstünlükləri ilə tez-tez müraciət etdiyi gel-lakın insan üçün zərərli olması sübuta yetirildi.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, gelin dırnaqlara möhkəmlənməsi üçün xüsusi ultrabənövşəyi şüalanma ilə lampadan istifadə olunur. Bu şüalar isə dırnaq ətrafı dərini zədələyir, baryerini dağıdır, vaxtından əvvəl qocalma və xərçəngə səbəb olur. 

Problem ondadır ki, bu lampalar texniki standartlara cavab vermir, şüanın müştərinin əlinə yönəldilmə vaxtına əməl olunmur, hər salon öz bildiyi kimi istifadə edir. 

Doza müştərinin ayda neçə dəfə belə manikur etdirməsindən də asılıdır. Nə qədər çox, tez-tez gel lak edilirsə, şüa dozası bir o qədər çox olur və müştəri riskə atılır.

Əgər qadının genetik olaraq dəri xərçənginə meyilliyi varsa, eləcə də yüksək dəri piqmentasiyası varsa, o zaman onun dəri xərçəngi olma ehtimalı dəfərlərlə artır və bu adamlara belə lampalar altında şellak, gel lak etdirmək ümumiyyətlə olmaz. 

Eləcə kimyaterapiya preparatları və antibiotiklərin qəbulu UVÇ şüaların təsirini, həssaslığını artırır. Bu dərmanları qəbul edənlər də prosedurdan uzaq durmalıdır.
 
Dermatoloqlar dəri xərçənginə yoluxmamaq üçün gel-lak prosedurunu 2 aydan bir etdirməyi tövsiyyə edir. 

Prosedur zamanı əllərə, dırnaq ətrafı dəriyə xüsusi gündən qorunma SPF kremləri çəkilməlidir.

Gel-lakı özünüz evdə qopardıb təmizləməyin. Bu zaman dırnaq plastininini zədələyə bilərsiz.
XƏBƏR LENTİ