Akif Əlizadə: “Bu il yerlərin sayında artım var”
“Azərbaycan Milli ELmlər Akademiyasında doktoranturaya qəbul 10 gün ərzində elan olunacaq”.Bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, qəbulla bağlı materiallar artıq AMEA-ya daxil olub və ən uzağı 10 gün müddətinə qədər elan veriləcək: “Bu il yerlərin sayında artım var. Doktoranturaya qəbul müsabiqəsinin əvvəlki illərdən daha geniş formada keçiriləcəyini güman edirik. Əsasən də seçimdə bizim yanaşmamız bu il bir qədər yeni olacaq”.(APA)