Donald Gerye rəsmən “Neftçi”də

Donald Gerye rəsmən “Neftçi”də
İDMAN
20:26 05.09.2019
6292

"Neftçi” daha bir transferini rəsmiləşdirib. 

Bakılılar haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 77 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

 

qafqazinfo

OXŞAR XƏBƏRLƏR