Doqquz ayda SOCAR büdcəyə 1,185 milyard manat vəsait ödəyib

İQTİSADİYYAT
11:40 12.10.2013
1411

Dövlət Neft Şirkəti yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 185 milyon 92 min manat vəsait ödəyib.

AZXEBER.COM SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 151 milyon 243 min manat və ya 14,6 faiz çox olub.Doqquz ayda SOCAR-ın büdcəyə ödədiyi məbləğin 135 milyon 178 min manatı sentyabr ayının payına düşüb.Bu ayda ödənilən vəsait ötən ilin sentyabr ayına nisbətən 15 milyon 238 min manat və ya 12,7 faiz çox olub.Yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 120 milyon 112 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1 milyon 415 min manat və ya 1,2 faiz çox olub.Bu məbləğin də 14 milyon 24 min manatı sentyabr ayının payına düşüb. Bu, ötən ilin sentyabr ayına nisbətən 249 min manat və ya 1,8 faiz çox olub.

OXŞAR XƏBƏRLƏR