Doqquz ayda Supsa limanından 2,079 milyon ton xam neft ixrac olunub

İQTİSADİYYAT
19:15 03.10.2013
1422

Yanvar-sentyabr ayları ərzində Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Supsa limanından 2 milyon 79 min 973 ton xam neft ixrac edib.

AZXEBER.COM şirkətə istinadən xəbər verir ki, doqquz ayda Supsa limanından ixrac olunan xam neftin 242 min 215 tonu sentyabr ayının payına düşüb.Bu ilin doqquz ayında Supsa limanından ixrac olunan xam neftin miqdarı ötən ilin analoji dövründən 96 min 914 ton az olub.Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur.Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neftin bir hissəsi dünya bazarlarına daşınır.Qərb İxrac Boru Kəməri 1999-cu il aprelin 17-də istifadəyə verilib. Boru kəmərinin illik ötürücülük qabiliyyəti 7 milyon tondur.

OXŞAR XƏBƏRLƏR