"Doqquz aydır yeriyə bilmirəm" - Ağır qəzadan sağ çıxan müğənni

"Doqquz aydır yeriyə bilmirəm" - Ağır qəzadan sağ çıxan müğənni
MAQAZİN
15:42 04.11.2025
204
Xəbər verdiyimiz kimi müğənni Ayla Şirəliyeva düşdüyü ağır avtomobil qəzasından sonra yerimə qabiliyyətini itirib.
 
AZXEBER.COM xəbər verir ki, gənc müğənni tez-tez sosial şəbəkə hesabında keçdiyi reabilitasiyadan görüntülər paylaşır.
 
Yeni görüntülərini yayımlayan Ayla paylaşımına "Doqquz aydır yeriyə bilmirəm. Amma buna baxmayaraq, nə olursa olsun mübarizəmi davam etdirirəm. Həyatı daha çox sevməyə başlamışam" deyə yazıb.
 
Xatırladaq ki, ötən il Şahdağdan dönən müğənni rəfiqələri ilə ağır avtomobil qəzasına düşüb. Çanaq nahiyyəsindən zərbə alan ifaçı yerimə qabiliyyətini itirib.
  
Aysel
OXŞAR XƏBƏRLƏR