Doqquz aylıq hamilə qadına ərinin dəhşətli işgəncələri... - Şok təfərrüat

Doqquz aylıq hamilə qadına ərinin dəhşətli işgəncələri... - Şok təfərrüat
SOSİAL
14:05 28.04.2021
1292
Quba rayonunda 9 aylıq hamilə arvadının intiharında təqsirli bilinən 1985-ci il təvəllüdlü Akif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "teleqraf.com”a istinadən xəbər verir ki, Akif Ağayev 2016-cı ilin noyabrında Əfsanə ilə ailə qurub. Onlar Quba rayonu, birinci Nügədi kəndində yaşayıblar.

Yaşadıqları müddətdə yalnız Akif özü işləməklə ailənin yeganə qazanc mənbəyi olub. O, ailə qurduqdan 2-3 ay sonra mütəmmadi spirtli içkilərin təsiri altında heç yerdə işləməyib, maddi cəhətdən ondan asılı olan arvadı Əfsanə ilə aralarında dəfələrlə mübahisə baş verib.

Münaqişələrin sonunda Akif arvadını nalayiq sözlərlə söyüb, ləyaqətini alçaltmaqla döyüb.

Akif 2017-ci ilin sonlarında yaşadığı evin birinci mərtəbəsində tanışları ilə spirtli içki qəbul edən zaman Əfsanəni özlərinin olduğu isti otaqdan qovaraq körpə uşağı ilə birlikdə həmin evin ikinci mərtəbəsindəki soyuq otağa göndərib. Soyuqdan bədəni göyərən Əfsanə psixi və fiziki iztirab çəkib.

Bundan başqa, Akif 2018-ci ilin yay aylarında Əfsanənin evdə içərisində spirtli içki olan şüşəni atmasını bəhanə edərək onu nalayiq sözlərlə söyüb, saçlarını yolub. O, arvadına nalayiq ifadələrlə xitab edib.

Əfsanə onun və qayınanasının mobil telefonu ilə gizli şəkildə anasına və qardaşına zəng edib, bu barədə məlumat verib, onu ata evinə aparmalarını xahiş edib.

Lakin ata evində bir müddət qaldıqdan sonra ailəsinin dağılmaması xatirinə bu barədə müvafiq hüquq-mühafizə orqanlarına məlumat verməyib, ailəsinin yanına qayıdıb.

Bununla belə, Akif Əfsanəyə qarşı amansız rəftarını, ləyaqətini mütəmmadi olaraq alçaltmasını davam etdirib.

Sonda 2019-cu il noyabrın 5-də, saat 19 radələrində Akif yaşadıqları evdə ailə münaqişəsi zəminində aralarında yenə də cüzi səbəbdən baş vermiş mübahisəni bəhanə edib, sərxoş vəziyyətdə anası və azyaşlı uşağının gözü qarşısında təkrar eyni tipli nalayiq ifadələrlə Əfsanəni təhqir edib. O, Əfsanəni təhqir edərək 8-9 aylıq hamilə olduğunu bildiyi halda onun boyun nahiyəsindən əli ilə vurub.

Əfsanə bu kimi yaşayış tərzindən bezərək özünü öldürmək qənaətinə gəlib. Bu məqsədlə o, həmin gün saat 19.15-də yaşadığı evin arxasına gedib və oradakı yardımçı tikilinin tavanından özünü kəndirlə asıb.

İstintaq orqanı tərəfindən Akif Ağayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunub.

Quba rayon Məhkəməsinin hökmü ilə Akif Ağayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Əfsanə Ağayevanın hüquqi varisi Emin Mustafayev apellyasiya şikayəti verib.

O, Akif Ağayevin barəsində olan hökmün ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə təqsirli bilinərək cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş edib.

Emin Mustafayev qeyd edib ki, Akif Ağayevin əməli zərərçəkmiş şəxsin özünü öldürmə həddinə çatdırma kimi yox, köməksiz vəziyyətdə olan hamilə qadını qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. O, hesab edib ki, hadisə təsadüf nəticəsində deyil, təqsirləndirilən şəxsin hadisədən əvvəlki dövrlərdə zərərçəkmiş şəxsə alçaldıcı və əzabverici münasibətin, qəsdin nəticəsi olub.

Emin Mustafayevin fikrincə, hadisə baş verən zaman təqsirləndirilən şəxs Əfsanə Ağayevanın özünü ölüdərəcəyini görüb, dərk edib, onun ölümünü istəyib:

"Bu fakt onun qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmasını zəruri edir. Əfsanə Ağayevanın ölümü ilə bağlı dəfn xərcləri çəkilsə də, təqsirləndirilən şəxsin nə özü, nə də anası həmin xərcləri ödəməyə cəhd göstərməyib.

Əksinə onların Əfsanə Ağayevaya bağışladığım 2000 manat dəyərində olan mal-qaranı sataraq bizə maddi ziyan vurublar".

Akif Ağayevin müdafiəçisi də apellyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində həbs olmayan cəza növünün təyin olunmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Şikayətlər təmin olunmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım