‘Döşünü, arxasını çöldə qoyan müğənnilərə baxanda adam utanır’

MAQAZİN
11:45 29.04.2013
3081

“Soyunub gələn olanda desinlər ki, get əyninə paltar geyin, sonra bu qapıdan gir” ”Bu problemi iranlı din xadimindən əvvəl mən qaldırmışam. Neçə illərdir deyirəm ki, Azərbaycan teleməkanını təmizləmək, efiri abıra salmaq lazımdır. Təəssüf ki, kim oxumağa başlayırsa, öncə paltarını soyunur”. AZXEBER.COM xəbər verir ki, bunu rejissor Arif Qazıyev “Reytinq” qəzetinə müsahibəsində İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmsilçisi Seyid Həsən Amilinin Azərbaycanın açıq-saçıq geyinən xanım müğənniləri ilə bağlı fikirlərinə cavab verərkən deyib. A. Qazıyev bildirib ki, həmin müğənnilər soyunur, sənət yada düşmür: “İstəyirlər ki, ayaqlarını, bədənlərini, sinələrini, arxalarını göstərsinlər. Həmin müğənnilər üçün oxumaq ikinci plana keçir. Bizim qədim atət-ənənələrimiz var. Müğənni geyimini deyil, sənətini səliqəyə salmalıdır. Onun geyimi tamaşaçını qıcıqlandırmamalıdır. Mənə elə gəlir ki, bu məsələni müzakirəyə çıxaracaqlar. Hər bir işdə ürək yanğısı olmalıdır. Bura Azərbaycandır. Bizim İran kimi qonşumuz var. İranda belə geyinən müğənniləri efirə buraxmırlar. Biz bu açıq-saçıqlığı Tükiyədən öyrəndik. Amma İranla neçə əsrdir qonşuyuq. İran rejimi istəmir ki, bu ölkədə yaşayan əhali Azərbaycan telekanallarındakı açıq-saçıqlığı görsün. İranda belə şeylərə pis baxırlar. Mən demirəm ki, müğənnilərimiz efirə çarşabda çıxsınlar. Amma onlar çalışmalıdırlar ki, geyimləri çox açıq-saçıq olmasın”. A. Qazıyev deyib Ki, həmin müğənnilərə qadağa qoymaq çətin deyil: “Sadəcə, bir sərəncam vermək lazımdır. Deyilməlidir ki, açıq-saçıq geyinən müğənnilər efirə buraxılmayacaq. Bununla bağlı telekanallara göstəriş verilməlidir. Soyunub gələn olanda desinlər ki, get əyninə paltar geyin, sonra bu qapıdan gir. Tamaşaçıya geyim, düşük hərəkətlər yox, sənət lazımdır. Döşünü, arxasını çöldə qoyan müğənnilərə baxanda adam utanır. Məni verilişə çağıranda deyirlər, elə et ki, qalmaqal olsun. Deyirəm ki, mən sizin suallarınıza cavab verməyə gəlmişəm. Utanmırsınız, mənə belə şey təklif edirsiniz? Bunlar ancaq dava-dalaş axtarırlar. Verilişdə normal müzakirə gedəndə narazı qalırlar. Reytinq xatirinə dava salır, şou çıxarırlar. Amma insanlara belə verilişlər lazım deyil. Həmin verilişlərin aparıcıları məni başqaları ilə dəyişik salırlar. Axı mən şou adamı deyiləm...”. A. Qazıyev soyunan müğənnilərlə bağlı fikrini belə davam etdirib: “Alahşükür Paşazadənin vecinə deyil ki, kim nə geyinir. Onlar öz işlər ilə məşğuldurlar. Bəlkə də deyib. Amma qarşı tərəf də deyir ki, pul qazanmaq lazımdır. Pul da soyunmaqdan çıxır. Milli Teleradio Şurası hara baxır? Onlar hansı işlə məşğul olurlar? Deyəndə də inciyirlər ki, Arif Qazıyev arxamızca danışır. Mən bu sözləri onların üzünə də deyirəm. Deyirəm ki, çılpaq müğənniləri efirə buraxmaq olmaz. Ayıbdır! Biz müsəlmanıq. Efirdə nə qədər yemək bişirmək olar? Axı, camaatın evində həmin yeməklərdən yoxdur. Hamı sənin kimi yemir axı. Əti, toyuğu reklam eləyirsən, yazıq kasıb da baxa-baxa qalır. Niyə camaatı qıcıqlandırırlar? Sən camaata kartof bişirməyi öyrət!”. Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmsilçisi Seyid Həsən Amili Azərbaycanın açıq-saçıq geyinən xanım müğənnilərini aşağılayıb. Müğənnilərin yüngül əxlaqlı olduğunu, soyunaraq efirlərdə şou göstərdiklərini vurğulayan İran təmsilçisi Azərbaycan rəsmilərinə və millət vəkillərinə bununla bağlı müraciət də ünvanlayıb. O, Azərbaycan tərəfdən xahiş edib ki, efirə yarıçılpaq çıxan xanım müğənnilərə qarşı məhdudiyyətlər tətbiq olunsun.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır