Dubayda həbs olunan keçmiş rəis müavini sərbəst buraxıldı

KRİMİNAL
11:57 14.01.2014
2101

Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb.

BƏƏ-də saxlanılan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov yenidən sərbəst buraxılıb. Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb.

Bu barədə APA məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Xatırladaq ki, ötən ilin noyabrın 6-da BƏƏ-də saxlanılan Azərbaycan vətəndaşı Cavadağa Sultanov fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Bir müddət sonra C.Sultanov Azərbaycanın BƏƏ-dəki səfirinin xahişi əsasında səhhəti ilə əlaqədar azadlığa buraxılıb. C.Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabidəki səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib. Lakin yanvarın əvvəlində Dubay Ali Məhkəməsinin qərarı ilə C.Sultanov məhkəmə iclasına gəlmədiyi üçün yenidən saxlanılıb.

Xatırladaq ki, polis polkovniki Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib

C.Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir