Dünya ən yaşlı sakinini itirdi

MARAQLI
10:40 16.09.2013
1336

ABŞ-da 112 yaşında dünyanın ən yaşlı sakini Salustiano Sançes Blazkes vəfat edib. 2013-cü ilin iyununda 117 yaşlı yaponiyalı Dziroemon Kimura vəfat etdikdən sonra Qinness Rekordlar Kitabı onu dünyanın ən qocaman sakini kimi qeydə alıb.

Salustiano Sançes Blazkes Nyu-Yorkda qocalar evində vəfat edib. O 1901-ci ilin iyunun 8-də İspaniyada anadan olub, 17 yaşında Kubaya köçüb, 1920-ci illərdə isə Amerikaya gələrək Kentukki ştatında mədəndə fəhlə işləyib. Bundan başqa o gəncliyində istedadlı musiqiçi olub və kənd toylarına mahnı ifa edirmiş.   

Qeyd edək ki, Sançes Blazkesin 7 nəvəsi, 15 nəticəsi və 5 kötücəsi var.   

Hazırda 1902-ci ilin mayın 2-də anadan olmuş Arturo Likata dünyanın ən yaşlı sakini hesab olunur.//apa

OXŞAR XƏBƏRLƏR