Dünya şöhrətli müğənni Bakıya gəlir - FOTOLAR

MAQAZİN
11:06 24.12.2012
4149
Məşhur ABŞ aktrisası və müğənnisi Selena Qomez Bakıda konsert proqramı ilə çıxış edəcək.
Bu barədə müğənninin konsertinin təşkilatçısı Rəşad Ani məlumat verib. O, bildirib ki, artıq neçə aydır ki, S.Qomezin menecerləri ilə danışıqlar aparır: “Uzun müddət işlərimdən uzaqlaşmağıma səbəb məhz Selena Qomezin Bakıda konsertinin təşkil olunmasıyla bağlı idi. Artıq müğənninin yaradıcı kollektiviylə və menecerləriylə danışıqlar aparmışam. 2013-cü ildə Selena Qomez Bakıdadır”.
Qeyd edək ki, Selena Qomez məşhur müğənni Castin Bieberin sevgilisidir. Məlumat üçün bildirək ki, məşhur “Emmi” mükafatına layiq görülən S.Qomez 1992-ci il iyulun 22-də ABŞ-ın Texsas şatatında Mendi Kornet və Rikardo Qomesin ailəsində dünyaya gəlib. Atası Rikardo əslən Latın Amerikasından, anası Mendi isə italyan-ingilis metisidir. S.Qomezın adını o vaxtlar tanınmış müğənni olan Selenanın şərəfinə qoyublar. Müğənninin 5 yaşı olanda valideynləri boşanıblar.
AzNews.az

OXŞAR XƏBƏRLƏR