Dünyaca məşhur müğənni paparazilərə belə yaxalandı - FOTO
MAQAZİN
15:47 07.01.2013
2699
Dünyanın əfsanəvi müğənnilərdən biri Madonna xizəklə sürüşürkən üzü üstə qara yıxılıb. "Daily News"nun yazdığına görə, ulduz öz uşaqları və 25 yaşlı sevgilisi Braxim Zaibatla İsveçrənin dağ yamaclarından birində xizək sürməyə gedib. Paparazzi qara xizək idmanı kombinizonlu 54 yaşlı müğənninin fotolarını çəkib.Pop-divanın xizək idmanında ilk addımlarını atdığı bəlli olub. Madonna yeni başlayanlara xas olan yıxılmalardan qaça bilməyib və həmin anlar fotoqrafların kameralarında əks olunub.Sevgilisi onun xizək sürmək səylərini kənardan müşahidə edərkən, müğənni bir-birinin ardınca cəhdləri təkrarlayıb. Lakin bu cəhdlərin biri onun üzü üstə qara yıxılması kimi xoşagəlməz vəziyyətlə tamamlanıb.