19:19 Bazar Ertəsi, 25 Iyun 2018
GƏNCLİK

Dünyaca məşhur rəssam Etika Akademiyasında seminar keçdi - FOTO

12:49, 03.05.20182798
Dünyaca məşhur rəssam Etika Akademiyasında seminar keçdi - FOTO

Gənc və istedadlı ressam Cesar Mammadov Etika Akademiyasında Muasir İncəsənətdə dəyərlər mövzusunda seminar keçib.

 

AZXEBER.COM xəbər verir ki, əsərləri Avropanin ən aparıcı muzeylərində və sərgilərində təqdim edilən, gənc olmasına baxmayaraq Avropanin bir neçə ölkəsində rəssamlar ittifaqina daxil olub və saysiz birinciliklər qazananCəsar Məmmadovdan uğurun sirlərindən danışıb.

 

Etika üzrə məşqçilər minlərlə uşaq, yeniyetmə və gənclərə özünü ifadə edə bilmək qabiliyyətini aşılamaqdadır. Uğurun sirri dəyərlərinə sadiq qalmaqla işinin peşakarına çevrilməkdir deyə təbliğ edir. Bu sahədə nitq mədəniyyəti , geyim və təqdim etmə texnikasına da sahib olmaq vacibdir.

 

Cəsar Mammadov bu fikrə dəstək olaraq özünün əsas prinsipinin: "Nə edirsinizsə gözəl edin, nə yaradırsınızsa pozitiv düşüncədən yaradın" deyib. 

 

"Hər bir sənət adamı dünya bazarına çıxmaqdan ötru mütləq təqdimat bacarığına sahib olmalıdır, edə bilmirsə bu işi peşakar menecerə həvalə etməlidir " deyə davam etdi. Etika məşgçiləri öz proqramlarını daha da zəngin etmək üçün rəssamlıq dünyasından gərəkli məlumatları əldə etdilər. Azərbaycanli rəssamlar, dünya rəssamları haqda daha geniş məlumat aldılar və tədris proqlamlarına əlavə etdilər.

Ressam Cesar Mamadov əsərlərini təsnif etdi və auditoariyanin bütün suallarına cavab verdi. Gələcək planları ilə də bölüşdü. Etika Akademiyasının asan olmayan yolda gördüyü işlərdə müvəffəqiyyət arzulayaraq daim sıramızda və daim mənəvi dəstək verəcəyini bildirmişdir.

Qeyd edək ki, Etika Akademiyası hər ay məşgçilərinin təkmilləşdirlməsi üçün ustadlar dəvət edir. Milli etiketin və milli dəyərləin ən öndə təbliğatçılarında öyrənir və onu dərnəklərdə yeni nəslə ötürürlər. Növbəti ustad dərsimiz "Gülüşdə etika və estetika” adlı mövzuda Bahram Bağırzadədən olacaqdır .

 

 

 

 


XƏBƏR LENTİ