Hazırda bazarda türk qızılının qramı 220 - 230 manata, italiya qızılının qramı 300 manata, rus qızılının qramı isə 190 - 195 manata təklif edilir.
Satıcılar deyir ki, 1 ay əvvəl 3000 manata satdıqları qızıl dəstinin qiyməti indi 1500 manat artaraq 4500 manata çatıb.
Görünür artım satıcıları da narahat edir. Belə ki, alıcılıq səviyyəsinin xeyli aşağı düşdüyü deyilir.










































