Dubayda planetin ən iri sualtı otelinin tikilməsi planlaşdırılır.AZXEBER.COM «Independent»ə istinadən bildirir ki, «Water Discus» oteli Polşanın «Deep Ocean Technology» (DOT) şirkəti tərəfindən İsveçrənin «BIG InvestConsult AG» firmasnının yardımı ilə layihələndirilib.Su altı otel bir suyun altında biri isə suyun üzərində olan iki diskdən ibarət olacaq. Otelin sualtı hissəsi 10 metr dərinlikdə yerləşəcək və 21 nömrədən ibarət olacaq. Orada əyləncə məkanı və bar da yerləşdiriləcək. Otel hərəkət edə bilən şəkildə layihələndirilib və havadan asılı olaraq yerini dəyişmək mümkün olacaq.