Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Apple şirkəti üçüncü dəfə ard-arda dünyanın ən bahalı brendi seçilib. "Alma"ya 104,3 milyard dollar qiymət verilib və əsas rəqibi olan Microsoft-u iki dəfə artıq qiymətlə qabaqlayıb. Microsoft-un qiyməti isə 56,7 milyard dollar məbləğində dəyərləndirilib.Siyahının üçüncü cərgəsində 54,9 milyard dollar qiymətlə Coca-Cola şirkəti dayanıb.Ən bahalı brendlərin 10-luğu aşağıdakı kimidir:1. Apple - $104,3 mlrd2. Microsoft - $56,7 mlrd3. Coca-Cola - $54,9 mlrd4. IBM - $50,7 mlrd5. Google - $47,3 mlrd6. McDonald's - $39,4 mlrd7. General Electric - $34,2 mlrd8. Intel - $30,9 mlrd9. Samsung - $29,5 mlrd10. Louis Vuitton - $28,4 млрд