Dünyanın ən gözəl maşını - FOTO

DÜNYA
20:51 22.01.2013
2873
Dünyanın ən tanınmış dizayn-studiyaları nümayəndələrinin daxil olduğu və hər il keçirilən “EyesOn Design” müsabiqəsinin münsifləri Detroyt avtosalonunun ən gözəl avtomobillərini seçiblər.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kütləvi istehsal üçün nəzərdə tutulmuş avtomobillər arasında qalib “Cadillac ELR” hibrid kupesi olub.Bu model xal üstünlüyü ilə “BMW M6 Gran Coupe”, “Audi RS7” və “Chevrolet Corvette Stingray”ə qalib gəlib.ELR modelinin dizaynı 4 il əvvəl Detroyt avtosərgisində nümayiş olunmuş “Converj” konsept-kar stilində düzəlib. Əsas üstünlük aerodinamikaya verilib, amma bununla belə dizayna xələl gətirilməyib.Avtomobil 207 at gücünə malik mühərriklə işləyir. Bura 1.4 litrlik bezin mühərriki və elekrik mühərriki daxildir.Prototiplər arasında isə münsiflər iki qalibi birdən seçiblər. Birinci yeri öz aralarında “Nissan Murano”nun növbəti nəslindən olan “Nissan Resonance” hibrid krossoveri və “Ford Atlas” pikapı bölüşürlər.Xatırladaq ki, ötən il kütləvi istehsal olunan maşınlar arasında “Ford Fusion” qalib olmuşdu. Konseptlər arasında isə ilk pilləni “Lexus LF-LC” sporkarı tutmuşdu.

OXŞAR XƏBƏRLƏR