Amerikanın “Bloomberg” agentliyi dünyanın ən varlı insanlarının növbəti reytinqini tərtib edib.
Gün.AzLenta.Ru-ya istinadən xəbər verir ki, siyahıda Rusiyada yaşayan azərbaycanlı Vahid Ələkbərovun da adı var.“LUKoyl” ASC-nin prezidentinin əmlakı 12,9 milyard dollar həcmində qiymətləndirilib. Həmyerlimiz bu göstərici ilə 76-cı sırada qərarlaşıb.Planetin ən varlı sakini isə meksikalı iş adamı Karlos Slim qəbul edilib. Onun əmlakı 78,1 mlrd. dollardır. İkinci yerdə 64,1 mlrd. dollarlıq əmlak ilə “Microsoft” korporasiyasının keçmiş rəhbəri Bill Qeyts qərarlaşıb. Reytinqdə 37 amerikalı, 12 rus, 8 alman, 4 fransız və bir çinlinin də adı var.