Dünyanın ən varlı insanlarının villaları - FOTOLAR
DÜNYA
11:08 24.01.2013
4025
Dünyanın ən varlı insanları daima ictimaiyyətin maraq dairəsindədirlər. Onların maşınları, evləri, ailələri həmişə diqqətlə izlənilir. Bu dəfə AZXEBER.COM oxucularına dünyanın ən varlı insanlarından bəzilərinin villarını təqdim edəcək.Nyu-York meri Maykl Blumberq özünə qərargah qismində Manhettendən mülk seçib. 5 mərtəbəli penthaus 1899-cu ildə inşa edilib. Onun sahəsi 2100 kvadrat metrdir. Onun qiyməti 7,42 milyon dollardır.Uorren Baffet dünyanaın ən iri sərmayəçilərindən biridir. Onun varidatı 46,5 milyard dollar dəyərindədir. Amma o 1958-ci ildə inşa edilən evdə yaşayır. 1900 kvadrat metr sahəsi olan mülkün dəyəri 7 milyon dollardır. Uorren Kaliforniya çimərliklərində həmçinin 4 milyon dollar qiymətində olan daha bir evə sahibdir.İnternet maqnatlarından, "Dallas Mavericks" basketbol komandasının sahibi olan Mark Kyuban öz sərvətini nümayiş etdirməkdən çəkinmir. O, "Broadcast.com"u "Yahoo!" ya 5,7 milyard dollara satıb. Satışdan sonra isə 13 milyon dollar dəyərindəki 7315 kv.metrlik ev alıb. Evin ancaq qonaq otağı 304 kvadrat metrdir.Kompüter milyarderi olan Maykl Dell Avstryanın Alp dağlarında evə malikdir. Bu evi o 30 milyon dollara özü tikdirib. Onun Baham adaları və Manhettendədə evi var."Orala"nın direktoru Larri Elison yapon memarlığını sevir. Onun marətidə məhz bu stildədir. Kaliforniyadakı mülk 23 hektardadır. Onun qiyməti 100 milyon dollar.