Dünyanın sonuna 100 gün qaldı?

MARAQLI
16:56 25.11.2013
2102

Qiyamət, məhşər və fəlakət ssenarilərinə biri də əlavə olunub.

Norveçdəki Vikinq Universitetinin professoru Daniel Daqlanın dediyinə görə, qədim vikinq rəvayət və əsatirləri 2014-cü ilin fevralın 22-nin dünyanın sonu olacağını göstərir.

"Vikinqlərin mifologiyasında "Raqnarok" kimi tanınan qiyamət gününə təqribən 100 gün qalıb. Dünyanın sonu, məhşər və qiyamət planetimizdəki dənizlərlə okeanlarda suyun səviyyəsinin sürətlə qalxması nəticəsində olacaq. Əfsanə və rəvayətlərdə o da vurğulanır ki, torpaq və səma zəhərlənəcək, nəhəng şeypur səsinə bənzər uğultulu səs eşidiləcək. Dünyanın hər yerinə qış hakim olacaq. Yer kürəsi qaranlığa qərq olacaq, canlılar öləcək", - Daqlan söyləyib.

Professor D.Daqlan onu da bildirib ki, vikinq əsatirlərində qiyamət günü yerin altından "Yormunqand" adlı nəhəng ilanın çıxacağı da vurğulanır.

OXŞAR XƏBƏRLƏR