Məşhur “qanuni oğru”lar arasında Rövşən Lənkəranski də var
Rusiya mətbuatında "qanuni oğrular"ın "sxotka"dan sonra brlikdə çəkdirdikləri foto yayılıb. ANS PRESS-in “Praym Kraym” saytına istinadən verdiyi məlumata görə, fotoda bir çox tanınmış “Qanuni oğru”lar əks olunur.Fotoda Çiro Şoniya, Hacı Talıbxanlı, Merab Çeişvili, Amiran Sopromadze, Vladimir Djibladze, Tenqiz Sanidze, Georgi Uqlava, Ülfət Tağıyev və Kaxa Parpaliya nümayiş olunub. Fotoda həmçinin azərbaycanlı avtoritet Rövşən Lənkəranski də görünür.Qeyd edək ki, foto “Qanuni oğru”ların Türkiyədə keçirdikləri yığıncaq zamanı çəkilib. Həmin avtoritetlərin suiqəsd zamanı öldürülən “Ded Xasan”nın düşmənləri olduqları bildirilir.
![](/file/pic/xeber/2014-02-07/73580.jpg)