Dünyaşöhrətli ulduzun evinə heyran qalacaqsınız - FOTOLAR
MAQAZİN
15:57 20.12.2012
2295
Sizə bu gün bir çoxlarınızın sevdiyiniz super-star Ajda Pekkanın evindən şəkillər təqdim edəcəyik. Müğənni evində saxladığı İran pişiyini çox sevir. Pişiyin adı Beyazdır. Etel adlı xanım isə Pekkanın evində onun sağ qolu hesab olunur.Müğənni evinin salonunu Şerlok Holms tərzində dizayn etdirməyə üstünlük verib. Ümumiyyətlə, ev bütövlükdə modern şəkildə qurulub. Pekkan evində sadə və Uzaq Şərqə məxsus mebel yerləşdirərək gözəl harmoniya düzəldib. Evin baş künclərini isə ailəvi şəkillər zəbt edib.Bütün divarlar ağ rəngə boyanıb. Salonda az olan və A. Pekkanı xatırladan zövqlü askessuarlar diqqəti cəlb edir. Şıq şüşədən olan şamdanlar, qədim vərəq ayna, gümüş məcməyi içindəki qədim formalı şüşələr bu evə əsl rəng qatıb.Ajda Pekka səhərləri öz yatağında yemək yeməkdən sino getdiyini bildirib. O, bacısı ilə qonşuluqda yaşayır. Alt mərtəbədə bacısı qalır. Onun sözlərinə görə, hətta evlərinin interyeri də bir-birinə bənzəyir. O, deyir ki, tez-tez səyahət etdiyindən evi üçün çox darıxır. Evindəki mebellərin böyük əksəriyyətini şəxsi olaraq hazırladıb: “Evimdə hər şeyi özüm etməyi sevirəm. Yemək bişirsəm, deməli, sobanın yanında da özüm durmalıyam. Məndən yeməyi qoxusu gəlməlidi”. Bu gözəl bədən quruluşuna isə o, meşədə qaçışları və treyneri sayəsində nail olur.