Durov bu tarixədək Fransanı tərk edə bilməz

DÜNYA
23:36 05.09.2024
210
Fransa məhkəmə sistemi teleqramın həmtəsisçisi Pavel Durovun 2025-ci ilin mart ayına qədər ölkədən çıxışına qadağa qoyub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Paris Match” məlumat yayıb.

Nəşr vurğulayır ki, Durov daha öncə təyin edilmiş 5 milyon avroluq girovu hissə-hissə ödəyəcək.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
 
Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
OXŞAR XƏBƏRLƏR