Dövlət hansı partiyalara pul ayıracaq?

MARAQLI
11:06 04.11.2011
1462

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun layihəsi beynəlxalq qurumlarla yanaşı cəmiyyətdə də geniş müzakirə olunur. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşmə mexanizmlərini müəyyənləşdirəcək sənədə siyasi partiyaların yanaşması də fərqlidir. Hazırda siyasi həyatın əsas müzakirə mövzusu olan bu qanun layihəsinə Avropa Şurasının Venesiya Komissiyasının verəcəyi rəy də səbirsizlikdə gözlənir. Qanun layihəsində əsas maraq doğuran məqamlardan biri siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Bu məsələdə siyasi partiyalar arasında ciddi fikir ayrılığı var. Məsələn Ümid Partiyasının sədri Iqbal Ağazadə deyir ki, seçkilərdə iştirak edən bütün partiyalar, parlamentdə təmsilçiliyindən asılı olmayaraq, dövlət tərəfindən maliyyələşməlidir. Millət vəkilinin sözlərinə görə, dövlət bəlli bir bir maliyyə standartları müəyyən edərək bütün siyasi partiyalar üçün dövlət büdcəsindən dəstək kampaniyasını həyata keçirməlidir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə parlamentdə yer qazana bilməyən siyasi partiyaların dövlətdən maliyyə dəstəyi almasını düzgün saymır. Onun sözlərinə görə, əksəriyyətin və çoxluğun təklifi ondan ibarətdir ki, parlamentdə mandat qazanan siyasi partiyalar dövlət büdcəsindən maliyyələşmədən istifadə edə bilər: “Daha doğrusu, məhz bu cür partiyalara maliyyələşmə tətbiq oluna bilər”. Siyasi partiyalar arasında narazılıq doğuran digər məqam isə qanun layihəsinin onlara açıqlanmamasıdır. Məsələ ilə bağlı fikirlərini açıqlayam Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, onlar bu gün “Siyasi partiyalar haqqında” qanunun gündəliyə daxil olunmasından məlumatlıdır: “Bu qanunun müzakirəyə çıxarılmasından məlumatlıyıq. Bir də müzakirələr zamanı hansı variantların ola biləcəyindən məlumatlıyıq. Amma konkret olaraq hansı variantlar varsa, onu da az qism adam bilir. Bu da şəxsi tanışlıqlar əsasında olur”. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə isə qanun layihəsindən özünün də xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, qanunvericilikdə layihənin müzakirə əsnasında açıqlanması nəzərdə tutulmur. “Qanunvericilikdə nəzərdə tutulmayıb ki, mütləq qanun hazırlanan dövrdə onun üzərində hər bir mərhələ prosesi ictimaiyyətə açıqlanmalıdır. Qanunda belə bir müddəa yoxdur. Sonradan bu qanun layihə şəklində komitələrdə müzakirə oluna bilər. Mümkündür ki, ictimai müzakirələr keçsin”. Venesiya Komissiyasının iyulda açıqladığı layihədə vəsaitin bölgüsü göstərilib. Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun ilk dəfə 1992-ci ildə qəbul edilib. Yeni qanunun isə bundan tamamilə fərqlənəcəyi gözlənilir. Qanun layihəsinin detalları ictimaiyyətə açıqlanmasa da, Venesiya Komissiyasının rəsmi saytında iyul ayında yerləşdirilən varianta əsasən, dövlət büdcəsinin vəsaiti hesabına yaradılan fondun 10 faizi Milli Məclisin ötən seçkisində iştirak edib səslərin 3 faizini qazanan, amma parlamentə düşə bilməyən siyasi partiyalar arasında, fondun 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür, Fondun 50 faizi isə seçilən deputatların sayına görə partiyalar arasında bölünür. Xatırladaq ki, oktyabrın 14-15-də Venesiya Komissiyası ilə müzakirələrdən sonra Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın Venesiya Komissiyasının bir neçə tövsiyəsi ilə, o cümlədən bütün siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi və partiyaların xaricdən maliyyələşdirilməsinin mümkünlüyü ilə razılaşmadığını açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:09 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi