20:58 çərşənbə, 22 May 2019
SİYASƏT

"Dövlət strukturunda islahatlar davam edir" - Siyavuş Novruzov

14:13, 15.03.20193444
"Ötən il Nazirlər Kabinetinin tərkibində də islahatlar aparıldı. Heydər Əliyevin siyasi xəttinə və yoluna sadiq olan, ölkə başçısına sədaqətlə xidmət göstərən insanlar – Novruz Məmmədov və onun müavinləri ilə bağlı təyinat oldu. Kabinetdə gedən islahatlar davam etməkdədir”.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, dövlət strukturunda islahatlar davam edir: "İqtisadiyyatın, sahibkarlığın inkişafına maneçilik törədən, özəl sektorun işina müdaxilə edən strukturlar ləğv olundu. Mövcud vəziyyətin yaxşılaşdırılması üçün strukturlar yaradıldı və proses bu gün də davam edir”.
XƏBƏR LENTİ