"Dövlət tərəfindən gənclərə xüsusi qayğı göstərilir" - Deputat

"Dövlət tərəfindən gənclərə xüsusi qayğı göstərilir" - Deputat
SOSİAL
17:04 02.02.2026
283
"Gənclər bizim bu günümüz və gələcəyimizdir”.

Bunu AZXEBER.COM-a açıqlamasında Gənclər Günü ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O qeyd edib ki, Azərbaycan dövlətinin gənclərlə bağlı xüsusi siyasəti həyata keçirilir:

"Azərbaycan gəncliyi həm dövlət quruculuğunda, həm milli-mənəvi dəyərlərin qorunub gələcək nəsilə ötürülməsində, həm də yeni ideyaların və çağırışların ortaya çıxmasında önəmli rol oynayır. Dövlət siyasəti gənclərin müasir tələblərə cavab verməsini, vətənpərvər ruhda böyüməsini və dövlətçiliyin qorunmasında fəal iştirakını təmin etməyə yönəldilib. Azərbaycanda gənclər həmişə fəal olub. Milli azadlıq hərəkatında, müstəqilliyin əldə olunmasında, I və II Qarabağ müharibələrində gənclər önəmli rol oynayıb. Eyni zamanda, dövlətçiliyin qorunması və milli dəyərlərin gələcək nəsillərə ötürülməsində də əhəmiyyətli iştirak göstəriblər və bu gün də göstərməkdədirlər. Dövlət tərəfindən gənclərə xüsusi qayğı göstərilir və onları dəstəkləyən proqramlar həyata keçirilir”.

Deputat bildirib ki, ölkədə 1996-cı ildən başlayaraq Gənclər Forumu keçirilir:

"Azərbaycanda 1996-cı ildən başlayaraq Gənclər Forumu keçirilir. 1997-ci ildə fevralın 2-si mərhum prezident Heydər Əliyevin sərəncamı ilə hər il bu tarix Azərbaycan Gənclər Günü kimi qeyd edilir. Bu gün gənclərimizlə qürur duyuruq, çünki Azərbaycan torpaqlarının işğaldan azad olunmasında və dövlətimizin möhkəmlənməsində gənclərin böyük rolu olub. Qarabağdan kənarda doğulan gənclər də torpaqlarımızın işğaldan azad olunması prosesində aparıcı rol oynayıblar”.

Parlamentari qeyd edib ki, dövlət gənclərə diqqəti və qayğını artırmalıdır:

"Dövlət gənclərə diqqəti və qayğını artırmalıdır. Gənclərin yeni iş yerləri ilə təmin edilməsi, daha savadlı və çağırışlara cavab verən fəaliyyət göstərməsi üçün şərait yaradılması dövlətin əsas vəzifələrindəndir. Dövlət idarəçiliyində gənclərin iştirakının təmin edilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramları təsdiq edilir.
Dövlətin gənclər siyasəti onların intelektual səviyyəsinin yüksəlməsinə, azad düşüncə ilə demokratik cəmiyyətdə iştirakına və məhdudiyyətsiz fəaliyyətinə müsbət təsir göstərir. Gənclərin cəmiyyətin demokratikləşməsi, müxtəlif mədəniyyət, incəsənət, elm, təhsil və idman sahələrində iştirakı danılmazdır. Zəngin mədəni irsimizin qorunması və inkişaf etdirilməsi də gənclərin üzərinə düşən vacib vəzifələrdəndir. Eyni zamanda, dövlətin gənclərin işlə təmin olunması, təhsil məsələlərində dəstəklənməsi, mənzil və digər sosial problemlərinin həlli kimi vəzifələri mərhələ-mərhələ həyata keçirilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR