Döyülən jurnalistdən yeni xəbər - FOTO

MARAQLI
23:11 05.12.2011
1592

Şou-biznes aləminin tanınmış jurnalisti Elşad Ümid 4 gün əvvəl gecə yarısı naməlum şəxslərin hücumuna məruz qalıb.

AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, baş və üz nahiyəsindən çoxsaylı zərbələrə məruz qalan jurnalist hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alır. Xəstəxananın qəbul şöbəsindən verilən məlumata görə, Elşad 02.11.2011 tarixində səhər saat 04.50-də Səbail rayonu Polis İdarəsi 8-ci polis bölməsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirilib. Həkim xəstənin başından çoxsaylı zərbələrə məruz qaldığını bildirib. Xəstənin üst dodağının altına tikişlər qoyulub.

Elşad Ümid döyüldüyü gün ANS PRESS-ə belə açıqlama vermişdi: "Klipmeyker Zorikin ad günündə idim. Gecə yarısı olduğundan məclisdəki xanım müğənnilərdən birindən məni evimə aparmasını xahiş etdim. Xanım olduğundan əziyyət vermək istəmədim, yəni düz qapımın ağzında deyil, evimin yaxınlığında avtomobildən düşdüm. Bir neçə addım getmişdim ki, tanımadığım şəxslər üstümə düşüb döyməyə başladılar. Ancaq başımdan, üzümdən zərbələr endirirdilər. Onlar məndən əl çəkib uzaqlaşdıqdan sonra var gücümü toplayıb yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə tərəf getdim. Ora çatar-çatmaz yıxıldım. Bir də xəstəxanada ayılmışam".

Qəribədir ki, hadisənin üstündən 3 gün keçdikdən sonra Elşad olanları tam təfərrüatı ilə xatırlamadığını deyir: "İnanın mənə, heç nə xatırlamıram. Neçə nəfər idilər, kimlər idi, deyə bilmərəm. Bəlkə də məni maşın vurub. Ümumiyyətlə, çox şeyi yadıma sala bilmirəm".

OXŞAR XƏBƏRLƏR