Türkiyənin tanınmış sənətçisi, "rüşvət qalmaqalı" əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş müsabiqədəki son hərəkətləri ilə sosial şəbəkələrin diqqət mərkəzində olub.Bildirilir ki, Ebru Gündeş bir neçə gün bundan əvvəl müsabiqənin gedişatı zamanı İstanbul ermənisi olan Corc Şakeri səhnədən uzaqlaşdırıb.Belə ki, erməni sənətçi, "Son səyahətçi" mahnısını ifa etdikdən sonra mahnı ətrafında müzakirələr başlayıb. E.Gündeş müzakirələrin sonunda erməninin mahnını zəif oxuduğunu deyərək, müsabiqədən çıxarılmasını tələb edib.Münsiflər heyətinin digər üzvləri də müğənninin tələbi ilə onu müsabiqədən kənarlaşdırmalı olublar.(anspress)