Türkiyənin məşhur teleaparıcısı Asun Ilıcalı həbs olunan Rza Zərrabın həyat yoldaşı Ebru Gündeşin “O səs Türkiyə”dəki karyerasının gələcəyi ilə bağlı danışıb.
Acun Ilıcalı proqramın növəti buraxılışlarına çıxıb-çıxmamaqla bağlı qərarı Ebru Gündeşin özünə həvalə edib: “Çəkilişlər üçün iki gün vaxtımız var. Mən qərarı Ebrunun öhdəsinə buraxmışam. O, necə istəsə, elə də olacaq”.
Digər tərəfdən isə prodüser Erol Köse şok iddia irəli sürüb. Belə ki, o “Twitter” hesabında “Və gözlənilən oldu, Ebru Gündeş “O Ses Türkiye”dən göndərildi! Evlər, təyyarələr, yaxtalar getdi..., “Biraz kızıl, biraz mavi” şərhini yazıb.