Ebru Gündəş son qərarını verdi

MAQAZİN
12:53 23.12.2013
3035

Müğənni həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab həbs olduqdan sonra efirə çıxacaq ya yox?

Türkiyəli müğənni Ebru Gündəş həyat yoldaşı Rza Zərrab həbs olunduqdan sonra efirə çıxıb-çıxmayacağı ilə bağlı son qərarını verib.Acun Ilıcalının rəhbərlik etdiyi “O Səs Türkiyə” yarışmasında juri qismində iştirak edən ifaçı verilişdə iştirak edib-etməyəcəyinə dair açıqlama verib.E.Gündeş sabah və bundan sonra canlı yayımlanacaq bütün “O Ses Türkiye” proqramlarına qatılacaq. İfaçı “O Səs Türkiyə Yılbaşı Özəl” proqramında isə iştirak etməyəcək. Yeni ildə Kiprdəki “Nuhun gəmisi”ndə səhnəyə çıxmalı olan Gündeşin buradakı konsert proqramında iştirak edib-etməyəcəyi də məlum deyil.Müğənnini dinləmək istəyən hər bir insan otelə 3 min 375 lirə (təxmini 1450 manat) ödəyib və artıq bütün yerlət dolub. Sənətçi konsertini vermədiyi təqdirdə otel rəhbərliyi təzminat iddiası ilə məhkəməyə müraciət edəcək.(anspress)
OXŞAR XƏBƏRLƏR