Azərbaycanlı iş adamı Rza Zərrab və müğənni Ebru Gündəş cütlüyünün qızları Alaranın artıq ferması var.
Cütlük keçən ay İngiltərədən xüsusi olaraq gətirdikləri 20 ingilis atına axtardığı fermanı tapıb.
Türkiyənin Bursa şəhərinin Qaracabəy mahalında aldığı əraziyə 20 ingilis atının böyüdülməsi üçün ferma tikdirən Rza Zərrab fermanı qızı Alaranın adına keçirib.
Cütlük bir-birlərinə aldığı bahalı hədiyyələrlə daima Türkiyə gündəmində olur, belə görünür ki, cütlüyün qızı da valideynlərindən geri qalmayacaq. /Axar.az/