Əcaib sevgi: - Ölmüş ərini bir il basdırmadı - FOTOLAR

MARAQLI
13:43 20.11.2013
4654
Belçikanın paytaxtı Brüsselin Anderlext kommunasında yaşayan 69 yaşlı qadın artıq bir ildir ki, ölmüş ərinin qurumuş cəsədini mənzilində saxlayır.
Milli.Az European-a istinadən bildirir ki, 79 yaşlı Marsel N.-in cəsədi təsadüfən aşkarlanıb. Polis əməkdaşları 69 yaşlı qadının bir il ərzində kirayə haqqını ödəməməsi ilə bağlı şikayətdən sonra həmin məkana yollananda cəsədi görüblər.
Quruyub qaxsımış cəsəd çarpayıda idi.
Brüssel prokurorluğu olayla bağlı araşdırmalara başlayıb. Ərinin cəsədini bir ildən bəri mənzilində saxlayan qadın həbs olunmayıb.
"Bu hadisədə fövqəladə heç nə yoxdur. Bu qadın təki ciddi psixi sapmalara malik insanlar yaxınlarının öldüklərini çox vaxt anlamır, ya da ölüm faktı ilə barışmaq istəmirlər", - prokurorluğun baş patoloqoanatomu Filipp Boksodeyib.
79 yaşlı Marsel N.-in ötən ilin noyabrında astma tutmasından vəfat etdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR