Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstan hərbçilərinin 3 nəfəri yaralanıb.AZXEBER.COM-un məlumatına görə, onlardan bir nəfəri, sıravi Quram Çimaxidze minaya düşüb və ağır xəsarət alıb.Digər 2 nəfər - kapral Erekle Xarşiladze və kiçik serjant Yaqo Kakulia isə gözətçilik edərkən talibanlarla atışma nəticəsində yaralanıblar.Hər üç hərbçinin hospitala yerləşdirildiyi və onların həyatı üçün heç bir təhlükə olmadığı bildirilib.