Əfsanəvi futbolçu koronavirusdan öldü

Əfsanəvi futbolçu koronavirusdan öldü
İDMAN
15:05 17.04.2020
2048
İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib. 

76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib. 

Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.  
 
///Report
OXŞAR XƏBƏRLƏR