Dünya futbol tarixinin əfsanələrindən biri, Braziliyalı futbolçu Sokrates 58 yaşında San Paulu şəhərində dünyasını dəyişib.
Futbolçunun ölümünə səbəb septik şokla nəticələnən qida zəhərlənməsi olub. Qeyd edək ki, Sokrates ötən həftə San Pauludakı restoranlardan birində nahar edərkən zəhərlənib. Həmin vaxt onunla bir yerdə nahar edən xanımı və bir dostu da zəhərləniblər, lakin futbolçu daha ağır vəziyyətə düşüb. Bu ilin avqust ayında Sokratesə qaraciyər serrozundan əziyyət çəkənlər üçün xarakterik olan portal hipertenziya (mədə-bağırsaq qanaxması) diaqnozu qoyulmuşdu. Sokrates futbolçu karyerasının başa vurduqdan sonra ixtisası üzrə həkim işləyirdi. 2004-cü ildə Sokrates əfsanəvi Pelenin tərtib etdiyi 100 ən yaxşı futbolçunun siyahısına düşmüşdü. Sokrates Braziliya millisinin qalib gəldiyi iki dünya çempionatında komandanın kapitanı olub.