Əfsanəvi kinorejisyor 2-ci dəfə ailə həyatı qurmağa hazırlaşır - FOTO
MAQAZİN
10:57 07.01.2013
1631
Əfsanəvi “Ulduz Müharibələri” silsiləsi ilə kinomatoqrafiya tarixinə öz adını yazdırmış kinorejisyor Corc Lukas 2-ci dəfə ailə həyatı qurmağa hazırlaşır. Bir neçə gün əvvəl kinorejissor 2006-cı ildən bəri görüşdüyü Melody Hobson adlı milyonçu ilə nişanlandıqlarını elan edib. Corc Lukasın əvvəlki həyat yoldaşı Marsiya ilə evliliyi 1969cu ildən 1983-cü ilə kimi davam edib və cütlükdə sonsuzluqla bağlı problemlər olduğundan, kinorejisyor evladlığa uşaq götürməyi qərara alıb. Holivud əfsanəsinin yeni nişanlısına gəlincə isə, “Ariel” investisiya şirkətinin prezidenti olan Melodi indiyənə kimi heçvaxt evlilik həyat yaşamayıb.Corc Lukas 1977-ci ildə dünyanın ən nüfuzlu və gəlirli filmlərindən sayılan “Ulduz Müharibələri” silsiləsini ərsəyə gətirməklə məşhurlaşıb. Ötən ilin noyabr ayında rejisyor sahib olduğu Lukasfilm studiyasını və “Ulduz Müharibələri” filminin bütün epizodlarını 4 milyard dollara Valt Disney şirkətinə satıb.Corc Lukasın tezliklə evlənməyə hazırlaşdığını nəzərə alsaq, rejisyorun cah-cəlallı bal ayı keçirəcəyini əminliklə demək olar