EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb

EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
İQTİSADİYYAT
12:54 04.08.2025
157

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank RespublikaCənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıblar. Bu saziş çərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək və bu vəsait milli valyutada təqdim olunacaq.

4 il müddətinə nəzərdə tutulmuş kredit, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. Bank Respublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.

"İmzalanmış saziş Bank Respublika ilə tərəfdaşlığımızın möhkəmliyini bir daha təsdiqləyir. Düşünürük ki, milli valyutada uzunmüddətli maliyyələşdirmə kiçik və orta biznesin sabit və inamlı inkişafı üçün əlverişli şərait yaradacaq.” deyə EFSE-də Finance in Motion portfel meneceri Yasminka Beqert qeyd edib

"EFSE ilə əməkdaşlığımızın növbəti mərhələsi tərəfdaşlığımızın yüksək etimada əsaslandığını və strateji xarakter daşıdığını nümayiş etdirir. Cəlb olunan vəsaitlər bizim üçün prioritet olan real sektorun, xüsusilə də kiçik və orta biznesin kreditləşdirilməsinin gücləndirilməsinə xidmət edəcək. Bizim üçün əsas məqsəd - xarici maliyyəni sadəcə cəlb etmək deyil, onu ölkə üzrə sahibkarlar üçün real imkanlara çevirməkdir. Əminik ki, bu vəsaitlər yeni iş yerlərinin yaradılmasına, dayanıqlı layihələrin həyata keçirilməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.” deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"