‘Əgər tədbir görülməsə, Rəhim Qazıyevi özümüz cəzalandıracağıq’ - Hafiz Hacıyev

‘Əgər tədbir görülməsə, Rəhim Qazıyevi özümüz cəzalandıracağıq’ -  Hafiz Hacıyev
15:00 29.03.2013
1862

“Azərbaycan xalqının heyifini ondan çıxacağıq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev, keçmiş müdafiə naziri Rəhim Qazıyevın son günlər ölkə mətbuatındakı çıxışlarına münasibət bildirərkən söyləyib. Partiya sədri Rəhim Qazıyevi partiya olaraq cəzalandırmağı düşündüklərini bildirib:

Hamımız bilirik ki, Rəhim Qazıyev öz ixtiyarı öz əlində olmayan adamdır. O, həmişə müti bir qul olub, kimlərinsə, hansısa xarici təşkilatın sifarişini yerinə yetirib və ya daxildə hansısa qruplaşmanın safarişini yerinə yetirən adamdır. Biz eyni dövrdə eyni hakimiyyətdə olmuşuq. Rəhim Qazıyev emosional, özünü idarə edə bilməyən insandır, onu çox gözəl tanıyırıq. O bu gün bir tərəfdən xarici dövlətlərdən, Rusiyadan müəyyən tapşırıqlar alıb, o cümlədən onun Surət Hüseynovla gizli görüşləri olub. Digər tərəfdən hakimiyyət daxilində də bəzi narahat qüvvələr var. Onlar bilirlər ki, cənab president seçki ərəfəsində onlar barədə ciddi tədbirlər görəcək. Ona görə də Rəhim Qazıyevi ortaya salıblar ki, ölkədə qarışıqlıq yaransın. Yenə də Rəhim Qazıyev gücsüz bir adamdır, onun aktivləşməsi elə də narahatlıq yaratmamalıdır. Onun müsahibələrinə yer verən media orqanlarına baxsaq, Əli Kərimov canfəşanlıq edir, halbuki onun mənsub olduğu Elçibəy hakimiyyətinin devrilməsində əsas rol oynayan şəxslərdən biri Rəhim Qazıyev olub. Azərbaycan torpaqlarının işğal edilməsində Rusiya kəşfiyyatına işləyən şəxs də Rəhim Qazıyev olub. O zaman müdafiə fonduna yığılan bütün pulları, qızılları yeyib aradan çıxdı, sonradan tutularkən qızının evindən böyük pullar, qızıl külçələr çıxdı. Rəhim Qazıyevə layiqli cəza verildi, lakin ölkə prezidentinin humanistliyi onu yenidən həyata qaytardı və o bu gün yenidən Azərbaycan xalqına, ölkə rəhbərliyinə xəyanət edir. Rəhim Qazıyev kimi səviyyəsiz adamdan belə səviyyəsiz hərəkətlər də gözləniləndi. Ancaq bu, yaxşı heç nə vəd etmir. Əgər dövlətimiz ona qarşı tədbir görməsə, Müasir Müsavat Partiyası olaraq Rəhim Qazıyevi çox ciddi şəkildə cəzalandıracağıq. Azərbaycan xalqının heyifini ondan çıxacağıq. Onda görəcəklər ki, Müasir Müsavat Partiyası dövlətçiliyimizə qarşı edilən bədxah əməlləri bağışlamır. Ola bilsin ki, etdiyimizə görə qanuni cəzamızı çəkəcəyik. Ancaq xalqımız bizim bu addımımızı dəstəkləyəcək.

Ceyhun

OXŞAR XƏBƏRLƏR