İndoneziyada ilk koronavirus faktı qeydə alınıb.
"Report” "Guardian”a istinadən xəbər verir ki, bunu İndoneziyanın Prezidenti Coko Vidodo açıqlayıb.
Onun sözlərinə görə, ölkədə 2 koronavirus daşıyıcısı aşkarlanıb.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 89 077 nəfərdir. Bunların 45 146 nəfəri sağalıb, 3 053 nəfər isə ölüb.