Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir”

Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir”
İDMAN
08:47 12.10.2021
246
"Bu Azərbaycan idmanında, güləşində tarixi hadisədir. Sərbəst güləşçilərimiz bir neçə gün əvvəl oktyabrın 2-dən 10-a kimi Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatından qayıtdılar. Onlar iki bürünc medalla gəldilər. Bu gün isə yığma komandamız yunan-Roma güləşi üzrə dünya çempionatında komanda hesabında bürünc mükafatını qazanıb. Bildiyiniz kimi Rafiq Hüseynv 82 kq çəkidə qızıl medal, Sənan Süleymanov 77 kq çəkidə 2-ci yerə, Eldəniz Əzizli 55 kq çəkidə, Murad Məmmədov 60 kq çəkidə bürünc medallar qazandılar. Bu, Azərbaycan Güləş Federasiyasını böyük uğurudur”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan millisinin qazandığı nəticələri şərh edərkən deyib.

O, qeyd edib ki, bu yarışlara hazırlıq, təlim-məşq toplantıları uzun müddət aparılıb.
OXŞAR XƏBƏRLƏR