Bu haqda AZXEBER.COM-a Türkiyədə yaşayan həmyerlimiz, tannmış aktrisa Məlahət Abbasova məlumat verib. Onun dediyinə görə, mükafatlandırılma mərasimində Elçin Əfəndiyevin "Şekspir" tamaşası da qaliblərdən olub.
Elçinin tamaşası "ən yaxşı səhnə dekorasiyası" mükafatına layiq görülüb. Mükafat dekorist Ayhan Doğana təqdim edilib. Məlahət Abbasova da onu səhnədə təbrik edib və tamaşanın ərsəyə gəlməsində yardımçı olan hər kəsə təşəkkür edib.
![](/file/pic/xeber/2014-05-06/65465.jpg)
![](/file/pic/xeber/2014-05-06/65469.jpg)
![](/file/pic/xeber/2014-05-06/65472.jpg)