Xəbər verdiyimiz kimi, Azərbaycan növbəti dəfə "Eurovisoin" mahnı müsabiqəsində finala vəsiqə qazanıb. Bəzi insanlarda Çingizin uğurlu çıxışından sonra yenidən qalib olacağımıza inam yaranıb.
2011-ci ildə vətənə qalibiyyət gətirən müğənni Eldar Qasımov həmkarının uğuru haqqında AZXEBER.COM-a açıqlama verib..
"Əlbəttə ki, hər birimiz kimi mən də istəyərdim "Eurovision" Azərbaycanda keçirilsin. Ən azından Azərbaycanı ilk onluqda görurəm. Ora ele bir yerdi ki öncədən proqnoz vermək olmur. Əsas üç dəqiqə ərzində insanların fikirini kimlər cəlb etdisə, onu da qalib edəcəklər. Favoritlerim isə İsveç, Hollandiya və İtaliyadır. Onlar hər zaman kimi yenə səviyyəli çıxış etdilər.
Müğənni "Eurovision" zamanı homoseksualların açıq şəkildə görüntülərinin yayımlanması haqda da danışıb:
"Tamaşaçının gördüyünü mən də gördüm. Onların siyasətlərindən biri də geylərə dəstək durmaqdır. Əslində, ətraflı belə izah edə bilərəm ki, nəinki homeseksualara, onlar fərqlənən və seçilən insanlara destək olurlar. Bunun bariz nümunəsi kimi dünən ölkələrin çıxışından sonra səhnəyə çıxan insanları göstərə bilərik. Mən açıqlamamda bildirmişəm ki, homoseksuallara dəstəyəm. Onu da belə izah edə bilərəm ki, fərqliliyi olan, hər kəsdən seçilən insanlara dəstəyəm. Mənim düşüncəmə görə musiqidə irq və cinsiyyətə önəm vermək olmaz. Ən əsası insan dürüst və sözünün üstündə duran olsun".
Nazim Qasımzadə