"Elə bil bütün ömrüm boyu onun nəğmələrinin içində yaşamışam" - FOTO

"Elə bil bütün ömrüm boyu onun nəğmələrinin içində yaşamışam" - FOTO
MAQAZİN
10:07 24.04.2026
70
"Elə bil bütün ömrüm boyu onun nəğmələrinin içində yaşamışam".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı sosial media hesaında yazıb.
 
Sənətçi, Xalq artisti Məmmədbağır Bağırzadə və Əməkdar artist Tahir Əkbər ilə süni intellekt vasitəsilə düzələn fotosunu paylaşaraq bunları yazıb:
 
"Bəzən insanın ən böyük peşmanlığı, sevdiyi sənətkarı sağlığında tanıya bilməmək olur. Sağımda və solumda Azərbaycan musiqisinin iki böyük ruhu dayanıb.
O müdrik baxışların sahibi və ruhumu oxşayan "Gülüb getdi"nin müəllifi... Onu heç vaxt yaxından tanıya bilmədim. Amma elə bil bütün ömrüm boyu onun nəğmələrinin içində yaşamışam.

Məmmədbağır Bağırzadə isə o səsi ilk nəfəsə çevirən sənətkardır. Allah hər ikisinə rəhmət eləsin. Ruhları şad olsun. Bəzi insanlar bu dünyadan gedir, amma səsləri qəlbdə əbədi qalır".
 
Aysel
 

 


OXŞAR XƏBƏRLƏR