12:06 çərşənbə, 11 Dekabr 2019
Maqazin

"Elə bildim ki, ciddi xəstəliyin əlamətləridir" - Aygün Kazımova

15:03, 08.07.20193846
"Səhnədəki çıxışımız, performansımız, geyimimiz bir-birinə həm stil, həm rəng baxımından uyğun gəlməlidir. Filipp Kirkorov dedi ki, nə və necə istəyirsən geyin, amma paltarın eskizini mənə at, bilim".

Bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində deyib. Müğənni "Jara" beynəlxalq musiqi festivalında həmkarı Filipp Kirkorovla bir səhnəyə çıxmasından söz açıb.

Kazımova eyni zamanda səhnə geyimlərinə olan sevgisini danışıb:

"Filipp Kirkorovun qarderobunu görəndən sonra özümdə bir rahatlıq tapdım. Düşünürdüm ki, səhnə geyimlərinə olan sevgi məndə bir anormallıq, ciddi xəstəlik əlamətləridir. Amma Filippin qarderobunu görəndən sonra anladım ki, normaldır".   
 
///Axşam.az
XƏBƏR LENTİ