17:02 Cümə, 19 Iyul 2019
SOSİAL

Ələt-Astara yolunda ağır qəza: 4 yaşlı uşaq öldü

11:39, 20.04.20193783
Ələt-Astara yolunda ağır qəza: 4 yaşlı uşaq öldü
Ötən gün Ələt-Astara avtomobil yolunda ağır qəza baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Salyan rayon Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Əhlimanovlar ailəsinin olduğu "Oka" markalı "52-BF-103" dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.

Qəzada sürücü, 1985-ci il təvəllüdlü Səxavət Kəramət oğlu Rzayev sağ diz oynağının və sağ döş qəfəsinin əzilməsi, 1988-ci il təvəllüdlü Mayıl Babalar oğlu Əhlimanov sağ qabırğa sınıqları və onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Asudə Əliismayıl qızı Vəliyeva sağ gicgahın və sağ budun əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı 2015-ci il təvəllüdlü R.Əhlimanov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücü və A.Vəliyeva həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıb.
XƏBƏR LENTİ