Elgizin verilişində dava düşdü - VİDEO

MARAQLI
14:36 27.09.2013
9373

ANS TV-nin “Adam içində” proqramının dünənki buraxılışında insident yaşanıb.

Əri tərəfindən uşağı əlindən alınan Şəhla adlı qadın proqram boyu ağlayaraq uşağına qovuşmaq üçün yalvarıb. Qarşı tərəfin vəkilinin məsələyə münasibəti ana ilə yanaşı auditoruyada oturanları da qıcıqlandırıb. Fasilə zamanı isə Şəhlanın anası və bacısı vəkillə qızğın mübahisə ediblər və bu mübahisə kameralar tərəfindən çəkilib.

Qeyd edək ki, “Adam içində” proqramı həftə içi hər gün saat 17.00-19.00 arası tanınmış teleaparıcı Elgiz Əkbərin təqdimatında ANS TV-nin efirində yayımlanır. /anspress/

OXŞAR XƏBƏRLƏR