Əli Abbasovla görüşün vaxtı dəyişdi

Əli Abbasovla görüşün vaxtı dəyişdi
Bütün Xəbərlər
14:24 14.11.2013
656

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayında Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) nəzərdə tutulan vətəndaşlarla görüşü dekabr ayının birinci yarısında keçiriləcək.

Buna səbəb əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı qəbula yazılan vətəndaşların və daxil olan müraciətlərin həddən artıq az olması olub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu müddətdə görüşlə bağlı əhali arasında daha dolğun məlumatlandırılma, yüksək səviyyədə təbliğat-təşviqat işlərinin aparılması planlaşdırılır.

Bir daha vətəndaşlardan "[email protected]/* */" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş edilir.

OXŞAR XƏBƏRLƏR