07:44 Cümə Axşamı, 17 Oktyabr 2019
MƏDƏNİYYƏT

'Əli Bəy Hüseynzadə Turan' adlı kitab təqdim olunub - FOTO

10:50, 16.03.20121451
'Əli Bəy Hüseynzadə Turan' adlı kitab təqdim olunub - FOTO
Azərbaycan Yazıçılar Birliyində millət vəkili Qənirə Paşayeva və türkoloq-alim Azər Turanın həmmüəllifli olduğu və "Türk Ocaqları" İstanbul şöbəsinin nəfis şəkildə nəşr etdirdiyi "Əli Bəy Hüseynzadə Turan" (Türkiyə türkcəsində) kitabının təqdimat mərasimi olub.
Mərasimi açıq elan edən Birliyin katibiArif Əmrahoğlu, "Türk Ocaqları"nın 100 illik əlamətdar yubileyi münasibəti ilə nəşr edilən kitab, kitabın məziyyətləri haqqında məlumat verib. Sonra xalq yazıçısı Anar çıxış edərək, "Türk Ocaqları"nın 100 illik yubiley mərasimi iştirakçıları ilə görüşdən çox məmnun olduğunu, habelə "Əli Bəy Hüseynzadə" kitabının AYB-də təqdim edilməsini çox anlamlı bulduğunu deyib.Millət vəkiliQənirə Paşayevaçıxış edərək, "Türk Ocaqları"nın 100 illik əlamətdar yubileyi münasibəti ilə İstanbulda nəşr olunan kitabın, məhz yubileylə bağlı Bakıya təşrif buyurmuş Ocaqlıların iştirakı ilə Yazıçılar Birliyində təqdim olunmasından çox məmnun olduğunu deyib. O, Əli Bəyin qızı Feyzavər xanımla tanışlığı, onunla görüşü barədə danışaraq, təqdim olunan kitabın məhz həmin görüşdə aparılan söhbətlər, Feyzavər xanımın verdiyi bilgilər əsasında təşəkkül tapdığını vurğulayıb. O, kitabın Azərbaycan dilində çıxmış birinci nəşri kimi Türkiyə türkcəsində olan nəşrinin də geniş ilgi görəcəyinə inandığını bildirib.Digər həmmüəllif -Azər Turan, "Türk Ocaqları"nın İstanbul şöbəsinin başqanı, doktorCezmi Bayramvə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanıƏkbər Qoşalıçıxış edərək, öz fikirlərini paylaşıblar.Sonda Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi "Üstün Xidmət Nişanı"Anarmüəllim tərəfindən Cezmi Bayrama təqdim edilib. Bu təltif Cezmi Bayrama, "Türk Ocaqları"nın İstanbul şöbəsinə uzun müddət səmərəli başçılıq etdiyi, Türk Dünyası, özəlliklə, Azərbaycan naminə fədakar çalışmalarına görə verilib.
XƏBƏR LENTİ