22:52 çərşənbə, 12 Dekabr 2018
SİYASƏT

Əli Hüseynli: “Rusiya Dövlət Dumasına etiraz hazırlanıb”

21:15, 12.10.20185585
Əli Hüseynli: “Rusiya Dövlət Dumasına etiraz hazırlanıb”

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli rusiyalı qadınların Qarabağa qanunsuz səfərinə münasibət bildridi.

O dedi ki, artıq Rusiya Dövlət Dumasının təmsilçisi, komitə sədrinin müavini və hakim partiyanın üzvü olan xanımın Qarabağa qanunsuz səfəri ilə bağlı artıq müraciətlər hazırlanıb: "Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb. Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.

XƏBƏR LENTİ